İrəvanda hərbi ritorika: “Azərbaycanın irimiqyaslı hücumu olarsa…” – Qriqoryan

“Hər hansı hücum olacağı təqdirdə Ermənistan özünü müdafiə etmək üçün hər şeyi edəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Faktor” nəşrinin “Azərbaycanın irimiqyaslı hücumu olarsa, nələr baş verəcək?” sualına cavabında  deyib.

“Ermənistan müdafiəni təşkil etmək qabiliyyətini inkişaf etdirir. Ssenarilər fərqli ola bilər, biz hazırda bütün ssenarilərə hazır olmaya bilərik, lakin səylərimiz təhdidləri neytrallaşdırmaq imkanı qazanmağımıza yönəlib. Bu, davamlı işdir. Ermənistan ərazi bütövlüyünü qorumaqdan ötrü mümkün qədər çox ssenariyə hazır olmaq imkanlarını inkişaf etdirir”, – Qriqoryan bildirib.

Qeyd edək ki, son günlər Ermənistanda hərbi ritorika güclənib. Rəsmi İrəvan adətən törədəcəyi təxribatlardan əvvəl bu mövzuda bəyanatlar verərək əməlinə zəmin hazırlayır.

Əliyar Xəlil
Globalinfo.az