“Ermənistan sülh müqaviləsi mətninin imzalanması ilə eyni anda ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciəti təklif edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda çıxışı zamanı deyib.
O, hər iki sənədin eyni anda, eyni yerdə imzalanmasını daha doğru hesab etdiyini söyləyib və İrəvanın bir məsələyə görə narahat olduğunu bildirib:
“Biz Azərbaycandan səslənidirlən bəzi bəyanatlara görə narahatıq. Son illərdə Ermənistanın təxminən 60 faizlik ərazisi “Qərbi Azərbaycan” adlandırılmasına başlanılıb. Məsələ bizi narahat edir və suverenliyimizə təhdid kimi görürük”.
Qeyd edək ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası Ermənistana qarşı ərazi iddiası məqsədi daşımır. Bu, ötən əsrin müxtəlif dövrlərində Qərbi Azərbaycandan zorla çıxarılan vətəndaşların öz ata-baba yurdlarına geri dönməsini nəzərdə tutur. Bakının məsələ ilə bağlı gözləntisi Ermənistanın bu reallığı qəbul etməsi və azərbaycanlıların evlərinə qayıdışına şərait yaratmasıdır.
Ayşən Mustafa
Globalinfo.az