soyqu

“Baltikyanı ölkələr Rusiyanın şimal-qərbinə hücumlar üçün öz ərazilərindən keçən Ukrayna dronlarının heç birini vurmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Onun fikrincə, bunun iki izahı var:

“Ya bu ölkələrin hava hücumundan müdafiə (HHM) sistemləri Ukrayna dronlarını vurmaq üçün kifayət etmir, ya da onlar Rusiyaya qarşı hücumlarda şərikdirlər. Seçim sizin ixtiyarınızdadır”.

Qeyd edək ki, Baltikyanı ölkələr dedikdə Şimali Avropada, Baltik dənizinin sahilində yerləşən və ümumi əhalisi təxminən 6 milyon nəfər olan üç müstəqil dövlət — Estoniya, Latviya və Litva nəzərdə tutulur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: