irevan 14523 900x506 1

Ermənistanın ən böyük şirkətləri artıq zərərə işləyir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib.

Qəzet yazır ki, 2023-cü ildə ölkənin ən böyük şirkətlərindən olan “Armbiznesbank”, “Geopromayninq Qold”, “UCOM”, “Ermənistan Elektrik Şəbəkələri”, “Ermənistan Atom Energetikası” ili zərərlə başa vurublər. “Joxovurd” onların əvvəlki dövrlərdəki kimi mövcudluğunun təhdid altında olduğunu bildirib:

“Onların ölkə üçün strateji əhəmiyyətini nəzərə alarsaq, demək olar ki, Ermənistanın təhlükəsizliyi təhdid altındadır. Beləliklə, hazırkı iqtisadi vəziyyətdən türk müstəmləkəçiliyinə bir addım var, ondan da biz nə KTMT, nə NATO xilas edə bilər. Görünür, Ermənistan bazarındakı keçmiş giqantlar artıq rentabelli deyillər, ən azından sənədlər bunu göstərir”.

Qeyd edək ki, qəzetin haqqında yazdığı şirkətlərin böyük əksəriyyəti ya birbaşa, ya da dolayısı yolla Rusiya və onun biznesmenlərinin investisiyası ilə işləyir. Bir sıra şirkətlər isə Rusiyaya yaxınlığı ilə seçilən keçmiş hakimiyyət nümayəndələrinə tabedir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: