Ermənistan Azərbaycanın təkliflərinə son 43 gündə heç bir şərh verməyib

Cənab Prezident tərəfindən qeyd edildiyi kimi, ərazilərin 30 il ərzində işğal altında saxlanmasına baxmayaraq, məhz Azərbaycan tərəfi Ermənistanla ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanması üzrə təklifin təşəbbüskarı olub.

Globalinfo.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan əleyhinə bəyanatına cavabında yer alıb.

Bunun əksinə, Ermənistan tərəfi nəinki danışıqlar prosesinə müxtəlif bəhanələrlə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquq prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən məsələləri daxil etməyə cəhd edir, bununla da prosesi uzadır. Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də, bu ölkənin nəticə yönümlü danışlıqlarda maraqlı olmamasının nümunəsidir.