Qarabağdakı separatçıların Şuşanın girişinə “qələbə” simvolu kimi qoyduqları tank Bakıya gətirilib.
Globalinfo.az bildirir ki, artıq məhv olmuş bu “abidə” Hərbi Qənimətlər Parkında olacaq.
Qeyd edək ki, tank işğalçı qüvvələrin Şuşa şəhərinə hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub.
Həmin 442 nömrəli tankı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov vurub.
Birinci Qarabağ müharibəsindən sonra Şuşaya doğru irəliləyən bu yanmış tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulub.

Malik Liftiyev
Globalinfo.az