Ermənilərdən etiraf: “Azərbaycan çox güclüdür”

“Azərbaycan çox güclüdür. Bundan əlavə, Azərbaycan hakimiyyətinin daha effektiv fəaliyyət göstərdiyi də aydındır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Qriqoryan deyib:

“Maraqlıdır, niyə belədir? Niyə bizdə belə effektiv fəaliyyət göstərmirlər? Bəlkə də, burada kadr problemləri var. Başa düşməliyik ki, Azərbaycanla Ermənistan arasında obyektiv səbəblərə görə böyük fərq var”.

Ekspert erməni rəsmilərin də böyük təcrübəsinin olduğunu və bu təcrübədən yararlanmağın lazım olduğunu deyib.

“Avropaya və ABŞ-a gedib danışaq, ekspert səviyyəsində, siyasi səviyyədə müzakirələr aparaq”, – deyə erməni politoloq bildirib.

Globalinfo.az