xankendi 12

Ötən gün Qarabağda qazla bağlı yaranmış vəziyyət erməniləri yenidən əl-ayağa salıb.

Globalinfo.az xəbər verir ki, “Hraparak” qəzetində mövzuya dair məqalə dərc olunub.

Nəşr iddia edir ki, Azərbaycanın istəyi “təsir obyektinə” (ermənilərə) çarəsiz olduqlarını göstərmək və tam asılılıq illuziyası yaratmaqdır. Həmçinin ermənilərin düçar olduğu təşviş də gözardı edilmir.

Nəşrin fikrincə, guya Azərbaycan bu yolla ermənilərin şüuraltına çarəsizliyi və çıxış yolunun olmadığını yeridir.

Qeyd edək ki, Ermənistandan Qarabağa qanunsuz ötürülən qaz nəqli əvvəlcə bərpa edilib, sonra isə dayanıb.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: