Ermənilər Ordumuzun yolunu bağlama çalışdılar – Araik zəng etdi…

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisindəki separatçı rejim Ordumuzun Ağdam-Kəlbəcər, Suqovuşan-Kəlbəcər, Qırmızıbazar-Şuşa yolunu kəsməyə çalışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, bu məsələ keçən həftə Araik Arutyunyanın rəhbərliyi ilə keçirilən saxta “təhlükəsizlik şurası”nın iclasında da gündəmdə olub. Qəzet planın icrasına cəhd edildiyini, amma Bakıya qarşı belə həmlənin faydasız olduğunun başa düşüldüyünü bildirib.

Bununla belə, separatçıları ən çox narahat edən məqam isə Ermənistan hakimiyyətinin səssizliyini qoruyub saxlaması olduğu qeyd edilib.

Mövcud vəziyyətin Ruben Vardanyana narazılıq və etimadsızlığı artırdığı da vurğulanıb:

“Hər kəs, o cümlədən terrorçubaşı Araik Arutyunyan Paşinyan və komandasına zəng edərək müxtəlif tələblər irəli sürür. Buna sübut kimi Ermənistan parlamentində Vardanyanın “müşavir”i Artak Beqlaryanın qəbul olunması göstərilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az