“Faynənşl Tayms” qəzetinin keçmiş sovet ölkələrində anti-Rusiya əhval-ruhiyyəsinin səviyyəsini göstərən cədvəldə Azərbaycana yer verməməsi ermənilər arasında böyük etirazla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, cədvəldə anti-Rusiya mövqeyinin ən böyük çox Litva, Estoniya, Qazaxıstan və Ukraynada qeydə alındığı vurğulanıb. Siyahıya Ermənistan da daxil edilib.
Britaniya nəşrinin Azərbaycanı siyahıya daxil etməməsini ermənilər artıq sosial şəbəkələrdə tirajlamağa, bunu “ikili standart” kimi təqdim etməyə başlayıblar.
Qeyd edək ki, Azərbaycan Ermənistandan fərqli olaraq dünya ölkələri ilə qarşılıqlı hörmət və etimada dayanan, beynəlxalq hüquq və ədalət prinsiplərini əsas götürən siyasət aparır. Rəsmi İrəvan isə gah Qərb, gah da Rusiya ilə yaxınlaşaraq iki stulda oturmağa çalışır.
Tamerlan Yayaqan
Globalinfo.az