Erməni diasporunun ən güclü təşkilatı sayılan “Ay Data” Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başlayır.
Globalinfo.az xəbər verir ki, təşkilat ermənilərə bəyanatla çıxış edib və onları COP29 dönəmində Azərbaycana qarşı kampaniyaya qoşulmağa çağırıb.
Eyni fəaliyyətin Paris olimpiadası dönəmində də aparılması istənilib və xüsusilə sosial şəbəkələrdə aktiv olmalarına çağırış edilib.
“Ay Data”nın başlatdığı kampaniyaya Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, Azərbaycana qarşı saxta ittihamların müəllifi Luis Moren Okampo da qoşulub.
Əliyar Xəlil
Globalinfo.az