Erməni nazir status paylaşaraq istefa verdi

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazir bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

V.Kerobyan “erməni xalqına ləyaqətlə xidmət etdiyini” bildirib:

“Mən 2020-ci ildə xidmətə başlayanda ölkədə hakimiyyətin dəyişməsi ehtimalı vardı. Bu vəzifədə cəmi bir neçə ay və ya gün qala bilərdim, lakin 3 ildən çox fəaliyyət göstərdim və bu müddət ərzində dəfələrlə istefa verməyi düşündüm. Amma ölkəmə xidmət göstərmək üçün bu fikirdən daşındım”.

Qeyd edək ki, bir müddətdir Ermənistan İqtisadiyyat Nazirliyində korrupsiya əleyhinə əməliyyatlar keçirilir. Araşdırmalar nəticəsində bir sıra vəzifəli şəxslər saxlanılıb və həbs edilib. Külli miqdarda mənimsəmə və vəzifədən sui-istifadə faktları üzə çıxıb.

Ayşən Mustafa
Globalinfo.az