Erməni idmançı ölkəsi adına döyüşməkdən imtina etdi

Ermənistan boksçusu Erik İsraelyan öz ölkəsinin bayrağı altında döyüşməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dövlət orqanlarının laqeyd münasibətindən dolayı belə addım atıb:

“Dünya və Avropa çempionatlarında qazandığım qələbələrdən sonra İrəvana qayıdarkən federasiya nümayəndələri məni hava limanında qarşılamadılar, hətta təbrik belə etmədilər”.

İsraelyan gələcəkdə başqa ölkənin bayrağı altında yarışmaq niyyətində olduğunu söyləyib.