Erməni hakim Türkiyə himninə hörmətsizlik etdi, cəzalandırıldı – VİDEO

Moldovanın paytaxtı Kişineuda keçirilən ağır atletika üzrə 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində erməni hakim Nazik Avdalyan Türkiyə himninə qarşı hörmətsizlik edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi zamanı Türkiyə himni səslənərkən zalda hər kəs hörmət əlaməti olaraq ayaq üstə hərəkətsiz dayansa da, erməni qadın hakim himnə məhəl qoymayıb. O hərəkət edib, telefonla məşğul olub.

Türkiyə himninə qarşı hörmətsiz davranışına görə Avdalyan cəzalandırılıb. O, ehtiyat hakimliyə göndərilib.