Erməni analitik Sərkisyanı məşhur fikri ilə “vurdu”

Əgər Serj Sərkisyan Vladimir Putinin yerinə olsaydı, Aleksey Navalnını amnistiya ilə azad edərdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni analitik Arqişti Kiviryan deyib.

“O, Navalnını azad etdikdən sonra parlamentdə iclas keçirər, daha sonra iti Mumu ilə birlikdə Valdivostokdan Moskvaya piyada gedər və “Navalnı haqlı idi, mən səhv etdim” deyərdi. Beləliklə sahib olduğu bütün gücü ona bir boşqabda təqdim edərdi. Amma Rusiya prezidenti o qədər həssas və mehriban deyil”, – analitik bildirib.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanın baş naziri vəzifəsindən istefa verən Serj Sərkisyan xalqa müraciət edərək, Nikol Paşinyanın haqlı, özünün isə səhv etdiyini deyib istefa vermişdi.

Əliyar Xəlil
Globalinfo.az