Erkən nikah bir çox ölkələrdə ciddi problemdir – PA

Erkən nikah təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində ciddi problemdir. Bununla bağlı BMT və digər təşkilatlar bütün ölkələrlə birgə qarşılıqlı fəaliyyət göstərir.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov jurnalistlərə açıqlamasında bildirib.

“Bu problem təbii ki, bizi də çox narahat edir. Ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən, müvafiq qanun layihələri və digər normativ hüquqi aktlara təkliflər hazırlanıb. Məqsədimiz bu təkliflərin ictimaiyyətlə birgə müzakirəsi və effektiv həll yolunun tapılmasıdır” – deyə, o qeyd edib.