Ərdoğanın seçkidəki yeni şüarı məlum oldu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Həmzə Dağ ikinci tur prezident seçkiləri ilə bağlı yeni şüarı açıqlayıb.

Globalinfo.az xəbər verir ki, yeni şüar “Doğru Adamla Yola Davam” adlanır.

Qeyd edək ki, Türkiyədə II tur prezident seçkiləri 28 may tarixində baş tutacaq.

14 mayda keçirilən prezident seçkisində ən çox səs toplamış iki namizəd – Cümhur İttifaqının lideri Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının rəhbəri Kamal Kılıçdaroğlu ikinci turda yarışacaq.