145394eb 06df 4480 b0b8 b47828b2fa5b 900x563 2

Türkiyə onlayn təhdidlərə qarşı süni intellektdən istifadə edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısının sözlərinə görə, xüsusilə məktəblərin təhlükəsizliyinin təmin olunması üçün hökumət internetin “qaranlıq dərinliklərində” daha aktiv fəaliyyət göstərəcək. Bu çərçivədə süni intellekt vasitəsilə potensial təhlükələrin erkən aşkarlanması və qarşısının alınması nəzərdə tutulur.

Bundan əlavə, texnoloji monitorinq mexanizmləri ilə yanaşı, təhsil müəssisələri və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: