Ərdoğan Zelenski ilə görüşəcək – Kremldən açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya gələcək. 

Globalinfo.az xəbər verir ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsində son vəziyyət və “Taxıl sazişi”nin müddətinin uzadılması kimi məsəsələlərin müzakirə ediləcəyi bildirilir.

Ərdoğanın Ukrayna Prezidentindən sonra Vladimir Putinlə də görüşəcəyi gözlənilir.

Kreml Ərdoğan və Zelenski arasında gözlənilən danışıqlarına münasibət bildirib. Məlumatda görüşün nəticələrinin yaxından izləniləcəyi, Moskvanın Ankara ilə əməkdaşlığa dəyər verdiyi qeyd olunur. Həmçinin yaxın zamanda Türkiyə və Rusiya Prezidentləri arasında təmasların istisna edilmədiyi bildirilib.

Tahir Turan
Globalinfo.az