Ərdoğan Viktor Orbanla ikitərəfli görüş keçirib – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb. 

Globalinfo.az xəbər verir ki, Ərdoğan və Orban arasında keçirilən görüşdə ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.

Türkiyə Prezidenti görüşdən sonra Budapeşt 2023 Dünya Atletika Çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyəcək, o cümlədən Karmelita monastırında keçiriləcək Təməl Günü qeyd etmələrinə qatılacaq.

Baş nazir Viktor Orbanın dəvətilə Rəcəb Tayyib Ərdoğanın Macarıstan səfəri davam edir.

Əliyar Xəlil 
Globalinfo.az