İki türk ölkəsi arasındakı 19 illik problemə nöqtə qoyuldu

Qazaxıstan və Özbəkistan dövlət sərhədlərinin demarkasiyası başa çatıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

“Saziş 2022-ci il dekabrın 2-də Daşkənddə iki dövlətin başçıları tərəfindən imzalanıb və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib. Bu sazişin qüvvəyə minməsi dövlətin sərhədlərinin müəyyən edilməsi ilə bağlı 19 illik prosesin tam başa çatması deməkdir. Qazaxıstan və Özbəkistan arasında sərhədlər tam bəllidir”, – deyə o bildirib.