Fələstin Prezidenti Mahmud Abbas avqustun 15-də Türkiyəyə səfər edəcək.
Globalinfo.az xəbər verir ki, onun səfər çərçivəsində Türkiyə parlamentində çıxış edəcəyi açıqlanıb.
Məlumata görə, M.Abbas ilk olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək. Daha sonra onlar Prezident Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək və parlamentə müraciət edəcəklər.
Fələstin prezidenti çıxışında Qəzza zolağındakı son vəziyyətdən danışacaq.
Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı və HƏMAS-ın öldürülmüş rəhbəri İsmayıl Haniyəni parlamentdə çıxış üçün ölkəsinə dəvət etdiyini açıqlamışdı. Lakin Mahmud Abbasın zaman problemi səbəbi ilə bu səfəri təxirə saldığı bildirilmişdi.
Ayşən Mustafa
Globalinfo.az