Ərdoğan Rəisi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Müzakirə zamanı Ərdoğan Fələstinə hücumlara qarşı islam dünyasının həmrəy olması gərəkdiyini bildirib.

Liderlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.