Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda – FOTOLAR

“Monitor” jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycana gəlib. 

Globalinfo.az Qafqazinfo-ya istinadən bildirir ki, E.Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan 18 il sonra Bakı ilə yanaşı Şuşaya da səfər edib.

Səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib.

R.Hüseynova özü də səfərlə bağlı paylaşım edərək Bakının çox dəyişdiyini, lakin eyni zamanda əvvəlki kimi doğma və əziz olduğunu bildirib: “Məni şəhərin mərkəzinin və bulvarının miqyası valeh etdi. 18 il sonra oğlumuz Aslan öz tarixi vətəninə gəldi”.

Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.