Əhaliyə xəbərdarlıq: Biləsuvarda sel təhlükəsi gözlənilir

Bolqarçayda sel təhlükəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilaesediciləri əraziyə cəlb olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə FHN-in xilasediciləri, texnikalar və kiçik həcmli gəmilər (katerlər) Bolqarçay ətrafına cəlb olunub.

 

Hələ ki, Bolqarçayda suyun səviyyəsində dəyişiklik yoxdur.

***

Biləsuvar rayonunda sel təhlükəsi gözlənilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, İran ərazisindən Bolqarçay vasitəsilə rayon ərazisinə sel suyunun daxil olması ehtimalı var.

Aidiyyəti orqanlar yerli sakinləri məlumatlandırıb və hər ehtimala qrşı hazır olmağı bildiriblər.

Bolqarçayda sel təhlükəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilaesediciləri, texnikalar və kiçik həcmli gəmilər (katerlər) Bolqarçay ətrafına cəlb olunub.

Hələ ki Bolqarçayda suyun səviyyəsində dəyişiklik yoxdur.

Qeyd edək ki, analoji hal təqribən 2 həftə bundan öncə baş vermişdi.

Sel təhlükəsinə görə Bolqarçay ətrafında yaşayan 3 kəndin sakinləri təhlükəsiz ərazilərə köçürülmüşdü.