1669043840 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Yaxın Şərqdə baş verən gərginliyin dünya bazarlarında neft-qaz qiymətlərinə təsir etdiyi bildirilir.

Hətta irəlidəki zamanda qiymətlərin kəskin şəkildə artacağına dair proqnozlar səsləndirilir. Bununla belə rəsmi statistikada qiymətlərdə sabitlik müşahidə olunur. Hazırda “Brent” markalı neftin bir barreli 74,81 dollara, yüngül neftin bir barreli isə 71,06 dollara satılır.

Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, dünya bazarında neftin qiyməti kəskin artır:

“Son iki gündür bu tendensiya pik həddə çatıb. Şübhəsiz, artım Yaxın Şərqdə baş verən hərbi aktivliklə bağlıdır. Çünki ora başlıca neft istehsal edən və daşınan bölgədir. Bu baxımdan regionda yaşanan gərginlik qiymətlərə təsir edir.

Qazın istehsalı, daşınması və satış prosesi fərqli olduğu üçün qiymətlərin tənzimlənməsi başqa faktorlarla bağlıdır. Yəni bu məsələyə sözügedən regionda baş verən proseslərin hər hansı təsiri olmur. Hazırda iri qaz ixracatçısı ölkələr Rusiya və ABŞ-dır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: