Niderland hakimiyyəti quş qripinin yayılması təhlükəsi ilə əlaqədar ölkədəki quşçuluq təsərrüfatlarına quşları qapalı şəraitdə saxlamaq barədə göstəriş verib.
Globalinfo.az xəbər verir ki, qərar ev və kommersiya məqsədilə saxlanılan bütün quşlara, o cümlədən toyuqlara şamil edilir. Məqsəd onların yoluxmuş vəhşi quşlarla təmasını minimuma endirməkdir.
Bundan əlavə, risk qrupuna daxil olan quşların sərgilərdə nümayişinə qadağa qoyulub, fermalara gələn ziyarətçilərlə bağlı qaydalar sərtləşdirilib. Artıq ziyarətçilər qeydiyyatdan keçməli və gigiyena tələblərinə əməl etməlidirlər.
Məhdudiyyətlər vəhşi quşların mövsümi miqrasiyası və virusun digər Avropa İttifaqı ölkələrində yayılması fonunda tətbiq edilib.
Dövlət katibi Silvio Erkens yeni yoluxma hallarının yüksək səviyyəsinin ciddi təhlükə yaratdığını bildirib.
Tahir Turan