“ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası Ukraynaya xəyanət edib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Obama administrasiyası ukraynalılara Qərbin maddi imkanlarını vəd edib, əvəzində isə onlardan öz tarixlərini unutmağı və milli maraqlarından imtina etməyi gözləyib.
Zaxarova bu açıqlamanı Obamanın ABŞ-ın hazırkı prezidenti Donald Trampın Ukrayna siyasətini tənqid etməsindən sonra verib.
“Obama ABŞ-ın ukraynalılara xəyanət etdiyini bildirdi. Nəhayət, Obamanın dilindən çoxdan danışdığımız məsələnin etirafı səsləndi”, – deyə siplomat qeyd edib.
Xatırladaq ki, Obama oktyabrın 28-də Atlantada keçirilən mitinqdə ABŞ-ın ukraynalılara xəyanət etdiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az