6ae2f1f1a25796ae2f1f1a257a17932579696ae2f1f1a25776ae2f1f1a2578

Ermənistan parlamentində növbəti dəfə gərgin anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, parlament iclası zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının təmsilçiləri ilə müxalifət deputatları arasında kütləvi insident qeydə alınıb.

Qəfil yaranan qarşıdurmaya hakim partiyanın üzvü Taron Çaxoyanın tribunadan səsləndirdiyi fikirlər təkan verib. Onun müxalifət blokuna ünvanladığı sərt və hədələyici ifadələr zalda narazılıq  yaradıb.

Tərəflər arasındakı sözlü gərginlik fiziki toqquşmaya və əlbəyaxa davaya çevrilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: