Sahil Kerimli 111

WUF13 kimi mötəbər tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsi mühüm amildir”.

Bu sözləri Globalinfo.az-a WUF13 tədbirində iştirak edən politoloq Sahil Kərimli deyib.

O bildirib ki, WUF13 həm siyasi, həm iqtisadi, həm də şəhərsalma standartlarının beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır:

“Artıq beşinci gündür, Azərbaycan bu tədbirə peşəkarlıqla və yüksək qonaqpərvərliklə ev sahibliyi edir, dünyaya öz standartlarını və meyarlarını nümayiş etdirir. Növbəti illərdə WUF14 və WUF15 çərçivəsində keçiriləcək tədbirlərlə bağlı artıq “Bakı standartları”nın qəbul olunması ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı nüfuzun və etimadın göstəricisidir”.

Sahil Kərimli qeyd edib ki, Azərbaycan bu gün həm böyük enerji layihələrinin müəllifi və icraçısı, həm də Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz tərəfdaş kimi çıxış edir:

“Ümumilikdə, forumla bağlı təəssüratlar olduqca yüksəkdir. Təbii ki, növbəti illərdə Azərbaycanın formalaşdırdığı bu standartlar və ortaya qoyduğu ənənələr estafet kimi digər ölkələrə ötürüləcək. Azərbaycanın bu istiqamətdə yaratdığı müsbət təəssüratlar isə uzun müddət dünya ictimaiyyətinin diqqətində qalacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: