Ukraynalı güləşçi Alla Belinskaya Avropa çempionatında rusiyalı Kseniya Burakova ilə döyüşə necə hazırlaşdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “OBOZ” saytı paylaşım edib.
“Mən yalnız qələbəyə köklənmişdim. O qədər emosional idim ki, sadəcə qalib gəlməli idim. Heç bir halda onların əlini sıxmamalı idim, uduzmaq ağlıma belə gəlməzdi. Təbii ki, onlarla döyüşmək xoşagəlməzdir, istəmirəm. Amma məcbur olsaq, döyüşəcəyik”, – güləşçi bildirib.
Qeyd edək ki, Belinskaya və Burakova Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında qarşılaşıblar. Ukrayna təmsilçisi qalib gəlib.
Əliyar Xəlil
Globalinfo.az