Döyüşçümüz yoldaşlarına otlar vasitəsilə mesaj ötürdü – VİDEO

Azərbaycan Televiziyası aprel döyüşlərində şücaət göstərən hərbçilərlə Lələtəpəyə yollanaraq süjet hazırlayıb.

Globalinfo.az bildirir ki, həmin süjetdə hərbçilər səkkiz il öncə yaşadıqları hadisələrdən və Ordumuzun qəhrəmanlığından söz açıblar.

Belə ki, aprel döyüşlərinin iştirakçısı olan Üzeyir Nəcəfov deyib ki, 2016-cı il aprelin 2-nə keçən gecə Lələtəpə istiqamətində üç qrup əks-hücum həyata keçərək Ohanyan səddini yarıb və minalanmış ərazi ilə düşmən səddinə yaxınlaşıb.

Həmçinin, aprel döyüşlərinin digər iştirakçılarından biri də Teymur Əliyev olub.

O, döyüşlər zamanı nitq qabiliyyətini tamamilə itirib.

Teymur Əliyev döyüşlər gedən zaman otları əzərək onlardan yoldaşları üçün iz yaradıb. Həmin üsulla hərbçilər Lələtəpə istiqamətində irəliləyə biliblər.

Ətraflı süjetdə: