english apricot liqueur recipe 434896 hero 01 96d482d78a1543b99125e5deb0228d7a

Dövlət Turizm Agentliyi “Qərbi Azərbaycan Mətbəxinin təqdimi” adlı tədbirin keçirilməsi üçün 3 min ton ərik arağı alması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, agentlik  tədbir üçün elan olunan tenderlə bağlı məlumatların yanlış anlaşılmaya səbəb olduğunu qeyd edib:

“Dövlət Turizm Agentliyi olaraq bildiririk ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub”.

“Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb”, agentliyin məlumatında bildirilir.
Bir mətn şəkili ola bilər

Paylaş: