Dövlət qurumları küçədə qalan şəxslərə baş çəkdi – VİDEO

Baku TV-yə bir qrup şəxsin küçədə qalması ilə bağlı müraciət daxil olub.

Globalinfo.az-ın xəbərinə görə, iddia olunub ki, küçədə yaşayan həmin insanların arasında narkotik istifadəçiləri də var.

Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün sözügedən şəxslərdən bir neçəsi ilə söhbət aparıb. Onlar narkotik istifadəçisi olmadıqlarını bildiriblər.

“Qalmağa yerimiz yoxdur. Burada narkotik istifadəçiləri olur. Amma mənim yanımda qalanlar arasında beləsi yoxdur”, – deyə küçədə qalan şəxs deyib.

Sosial Xidmətlər Agentliyindən bildirilib ki, qurumun aidiyyəti əməkdaşları əraziyə gedərək küçədə qalan şəxslərlə görüşüblər. Onlara sığınacağa yerləşdirilmələri təklif olunsa da, bundan imtina ediblər.

Ətraflı süjeti təqdim edirik: