Dövlət Departamentindən Azərbaycan – Ermənistan danışıqları ilə bağlı açıqlama

“ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərin müzakirələrinə vasitəçilik etməkdən şaddır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

 

Görüşlərdə dövlət katibi Entoni Blinken vurğulayıb ki, məsələlərin həlli, davamlı və ləyaqətli sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir.

Qeyd edək ki, bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.

Danışıqlar iyunun 29-dək davam edəcək.