Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə aparılan danışıqlarda irəliləyiş əldə olunub.
Globalinfo.az xəbər verir ki, Qətər, ABŞ, Misir və İsrail nümayəndələri arasında baş tutan müzakirələrin digər təfərrüatları açıqlanmayıb.
Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari vasitəçilərin danışıqları yekun nəticə əldə olunanadək davam etdirəcəyini bildirib.
Qeyd edək ki, ABŞ-ni Doha görüşündə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir.
HƏMAS isə ötən gün müzakirələrə qatılmayacağını açıqlayıb.