Diqqətlə qulaq asdım, rüsvayçılıqdır! – Abramyan

Rusiya erməniləri ittifaqının prezidenti Ara Abramyan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasına toxunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Abramyan bildirib ki, Təhlükəsizlik Şurası hər hansı qətnamə qəbul etməyib:

“Həmçinin Azərbaycana qarşı sanksiya tətbiq olunmadı. Onlar sadəcə danışırlar. Mən bir neçə dəfə diqqətlə qulaq asdım, heç kim “Qarabağ xalqının” statusu haqqında danışmadı.

Bu gün isə biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Mən anlamıram, kim nə düşünür, necə düşünür. Bu, rüsvayçılıqdır! Onlar dövlətçiliyin, dövlət maraqlarının nə olduğunu anlamırlar”.

Əliyar Xəlili
Globalinfo.az