Diqqət: Bəzi rayonlarda yollar buz bağlayacaq

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.