DİN Naxçıvana yeni xidməti avtomobillər göndərdi – FOTO

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi texniki bazasının gücləndirilməsi üçün daha 20 yeni xidməti avtomobil göndərilib.

Globalinfo.az xəbər verir ki, avtomobillər prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən göndərilib.

Bu gün həmin avtomobillər müvafiq qurumların istifadəsinə verilib.