Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.
Bu barədə Globalinfo.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Nazirlik vətəndaşlara müraciət edərək, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməməyə çağırıb.
“Vətəndaşlar kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər” -deyə müraciətdə qeyd olunub.