“Ölkədə kommunal xidmətləri ödəmək insanların gücü daxilində deyil. Onlar bu məsələdə xeyli problem yaşayırlar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, kommunal ödənişlərlə bağlı güzəştlərə ehtiyac var:
“Bu, vətəndaşların büdcəsinə müsbət mənada təsir. Hər halda bu istiqamətdə məsələ öz həllini tapmalıdır. İndiki vəziyyətdə, xüsusilə də pandemiyadan sonrakı dövrdə yaşayış səviyyəsi çox aşağı düşdüyünə görə bu barədə müvafiq qurumlar düşünməlidirlər. Onlar bu məsələdə əhaliyə hansı formada güzəşt edilməsini müəyyənləşdirməlidirlər”.
Zaira Akifqızı
Globalinfo.az