Deputat müharibə haqda qorxunc proqnozlar verdi

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev məşhur ekstrasens Vanqanın 2023-cü ilə dair qorxunc proqnozlarına diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, deputat ekstrasenslə öz fikirlərini müqayisə edib.

O, Vanqanın dediklərindən sitat gətirib:

“- Dağıdıcı nüvə fəlakəti olacaq. Atom stansiyasında partlayış olacaq və zəhərli buludlar Asiyanın üzərini alacaq.

– Yerin orbiti dəyişəcək. Günəşdə baş verən fırtınalar Yerin iqliminə təsir edəcək. Dünyadakı supergüclərdən biri bioloji silahdan istifadə edəcək. Bu, yüz minlərlə insanın məhvinə səbəb olacaq.

– 2023-cü ildən sonra körpələri laboratoriyalarda yetişdirəcəklər. Təbii yolla doğuşlar azalmağa başlayacaq. Valideynlər özləri uşaqlarının hansı üz cizgilərinə malik olmasını (sarışın, qaraşın, mavi gözlü və s.) seçə biləcəklər”.

Deputat Vanqanın fikirlərini belə şərh edib:

“Belə çıxır ki, Rusiya-Ukryana müharibəsində nüvə silahı işlənmə təhlükəsi var.

İqlim dəyişikliyi ilə bağlı isə təhlükə hər il artır. İstilər nəticəsində meşələr yanır, çaylar quruyur və ərzaq azalır.

Süni intellekt başqa bir qorxulu röyadır. Əmr edəcəklər ki, get filan işi et. Hollivudun çəkdiyi “Universal soldat” filmini görmüşük. “Terminator”, “Matriks” filmləri, “Ulduz müharibələri”… Əmin oluram ki, Hollivud nə çəkirsə, sonra reallığa çevrilir”.

Zaira Akifqızı
Globalinfo.az