Deputat parlamentdə sərt tənqid etdi: “Bu layihə Konstitusiyaya qarşı çıxmaqdır”

“Bu layihə sosial ədaləti pozur. Belə çıxır ki, küçə süpürən adam gəlir vergisi ödəyəcək, 8000 manat alan İT mütəxəssisi ödəməyəcək. Yaxşısı həmin sahədə maaşı artırmaqdır, onu vergidən azad etmək yox”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu layihələrə qarşıdır:

“Dünyanın hər yerində çox qazanan adam çox vergi ödəyir, bizdə isə əksinə, az qazananın vergisi də çoxdur. Biz son vaxtlar vergi və gömrük rüsumlarından ancaq azadetmə ilə məşğuluq. Büdcəyə kim pul verməlidir?! 300-400 manat maaş alanlar? Bu layihələr Konstitusiyaya qarşıdır. Bu layihə geri qaytarılmalı və aidiyyəti orqanla təkrar müzakirə olunmalıdır”.