Bakıda daha bir ünvanda mikromobillik imkanları genişləndirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, görülən işlər çərçivəsində Dəniz Vağzalının arxasında mikromobillik zolaqları təşkil edilib.