29int syria clashes kqjh facebookJumbo

Dəməşq yaxınlığında mer və oğlu güllələnərək qətlə yetirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

Məlumata görə, Suriyanın paytaxtı Dəməşqin cənub-qərbində yerləşən Sahnaya qəsəbəsinin meri Hüsam Varur naməlum silahlı şəxslər tərəfindən öldürülüb. Hücum zamanı onun oğlu da həyatını itirib.

Bildirilir ki, Hüsam Varur daha əvvəl əhalini hökumətin paytaxt ətrafındakı druzların yaşadığı bölgələrdə sabitliyin bərpasına yönəlik səylərini dəstəkləməyə çağırmışdı.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: