Dəm qazı 12 yaşlı qızın ömrünü yarıda qoydu

 

Qəbələdə 12 yaşlı qız dəm qazından boğularaq ölüb.

Globalinfo.az APA-ya xəbər verir ki, Zarağan kəndində yaşayan, 2010-cu il təvəllüdlü Aylin Rüstəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

12 yaşlı qız xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.