Xırdalanda Müsəlman Birliyi Hərəkatının üzvü tutuldu

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə MOUZE  teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Hacı Talehin dəstəsinin üzvü tutulub.

Bu əməliyyatların davamı olaraq Xırdalanda həyata keçirilən tədbirlər zamanı İranın molla rejiminə xidmət edən və onları təbliğ edən Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, 21 yaşlı Əsgərov Rüstəm Əsgər oğlu da saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, adı çəkilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.