Dəhşətli zəlzələdə ölənlərin sayı 3 minə çatır

Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələ qurbanlarının sayı artaraq 2 400 nəfəri ötüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, məlumatı “TOLO News” telekanalı “Taliban” hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmisinə istinadən yayıb.

Müvəqqəti Əfqanıstan hökumətinin Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-dən çox olub, azı 2 000 nəfər yaralanıb.

Saik daha əvvəl zəlzələ qurbanlarının sayının 9 240 nəfərə yaxın olduğunu bildirsə də, sonradan bu məlumat təkzib edilib.