a2b42b10 5616 4cbd a7dd 5d294face74e

Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya – Çexiya görüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, “Qvadalaxara” stadionunda oynanılan matçda asiyalılar 2:1 hesablı qələbə qazanıblar.

Hesabı 59-cu dəqiqədə Ladislav Kreyçiy açıb. Lakin özündə güc toplayan Cənubi Koreya seçməsi Xvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəlib.

Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.

Paylaş: