Daha iki tələbəmiz vəfat etdi – YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev vəfat edib.

Bu barədə Globalinfo.az-a BDU-dan məlumat verilib.

Qeyd edək ki, Elçin Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, Universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub.

***13:04

Odlar Yurdu Universitetinin tələbəsi vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, universitetin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi olan Sürayə Elman qızı Canbaxışlı vəfat edib.